Bağlamaq üçün ESC sıxın

İran ABŞ-ın BƏƏ-dəki Hərbi Bazasına Raket Zərbəsi Endirdi

İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazasına raket zərbəsi endirib.

Megaxeber.az xəbər verir ki, hücum “Əd-Dafra” hərbi bazasına qarşı həyata keçirilib və baza raketlərlə vurulub. Raket buraxılışını əks etdirən görüntülər də yayımlanıb.

Eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına əsasən, martın 13-nə keçən gecə İran İordaniyadakı hərbi hava qüvvələri bazasına, eləcə də Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinə və İsraildəki hədəflərə zərbələr endirib.

Hadisə bölgədə gərginliyi artırıb və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.