
Megaxeber.az xəbər verir ki, Benyamin Netanyahu televiziyada çıxışı zamanı bildirib ki, Tehran və Vaşinqton arasında atəşkəs əldə edilməsinə baxmayaraq, İsrail İranla qarşıdurmaya hazırdır.
“Görünən odur ki, hələ tamamlamalı olduğumuz məqsədlərimiz var və biz onları ya razılaşma yolu ilə, ya da döyüşlərin bərpası ilə əldə edəcəyik. Biz istənilən an döyüşə qayıtmağa hazırıq. Barmağımız hələ də tətikdədir. Bu kampaniyanın sonu deyil, sadəcə məqsədlərimizi yerinə yetirmək yolunda bir addımdır”, – Netanyahu vurğulayıb.
O əlavə edib ki, “İran bu fasiləyə zərbə almış, heç vaxt olmadığı qədər zəif vəziyyətdə daxil olur”.