
İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı bölməsinin dörd komandirinin öldürüldüyünü açıqlayıb.
Megaxeber.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əl-Şati rayonuna endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının Beyt-Lahiya taborunda xidmət edən dörd “Nuxba” komandiri öldürülüb.
İsrail ordusunun məlumatına görə, ölənlər arasında “Nuxba” bölüyünün komandiri Məhəmməd Həmdi Əhməd Əl-Məsri, həmçinin taqım komandirləri Samed Samir Hərb Əbu Həbəl, Məhəmməd Əttar və Məhəmməd Fəthi Hüseyn Naser yer alıb.
İsrail tərəfi onların İsrail hərbçilərinə qarşı hücumların hazırlanmasında iştirak etdiyini bildirib.
Qeyd edək ki, “Nuxba” HƏMAS-ın hərbi qanadının xüsusi təyinatlı bölmələrindən biri kimi tanınır.