Bağlamaq üçün ESC sıxın

İsrail ordusu Suriyada hərbi hədəfləri vurub

İsrail Müdafiə Qüvvələri Suriyanın cənubunda yerləşən bir sıra hərbi obyektlərə hava zərbələri endirib.

Megaxeber.az istinadən xəbər verilir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, əməliyyat Əs-Süveyda bölgəsində druz icmasına qarşı baş verən hücumlara cavab olaraq həyata keçirilib və təhlükəsizlik tədbiri kimi qiymətləndirilib.

Açıqlamada qeyd olunub ki, zərbələr Suriya hökumət qüvvələrinə aid komanda-idarəetmə məntəqəsi və silah-sursat anbarlarına yönəlib.

İsrail tərəfi vurğulayıb ki, regionda sabitliyin qorunması və sərhəd yaxınlığında təhlükələrin qarşısının alınması üçün vəziyyət diqqətlə izlənilir və zəruri addımlar atılmağa davam ediləcək.