Bağlamaq üçün ESC sıxın

İsrail və Livan arasında 10 günlük atəşkəs: danışıqlarda irəliləyiş olarsa uzadıla bilər

İsrail və Livan arasında əldə olunan 10 günlük atəşkəs razılaşmasının gələcəyi danışıqlardakı irəliləyişdən asılı olacaq.

Megaxeber.az İsrail KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan növbəti danışıqlarda nəzərəçarpacaq nəticə əldə olunarsa, atəşkəs rejiminin qarşılıqlı razılıqla uzadılması mümkündür. Bu prosesin əsas məqsədi regionda gərginliyin azaldılması və daha sabit təhlükəsizlik mühitinin formalaşdırılmasıdır.

Razılaşmaya əsasən, İsrail bütün hücum əməliyyatlarını dayandırır, Livan isə öz ərazisindən mümkün hücumların qarşısını almağı öhdəsinə götürür. Sənəddə Hizbullah və digər silahlı qrupların fəaliyyətinə nəzarətin artırılması da nəzərdə tutulur.

Tərəflər həmçinin ABŞ vasitəçiliyi ilə sərhəd və təhlükəsizlik məsələləri üzrə daha geniş danışıqların davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.