Lənkəran sinaqoqu ilə bağlı rəsmi açıqlama – statusu ilə bağlı qeyri-müəyyənlik qalır - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Lənkəran sinaqoqu ilə bağlı rəsmi açıqlama – statusu ilə bağlı qeyri-müəyyənlik qalır

Lənkəran şəhərinin “Qala” ərazisində yerləşən, 1892-ci ildə inşa olunmuş tarixi sinaqoqla bağlı Lənkəran İcra Hakimiyyəti sorğuya cavab verib.

Bildirilib ki, bina əvvəllər yəhudi icmasının ibadət yeri olub, sonradan müxtəlif təyinatlarla istifadə edilib və hazırda şəxsi mülkiyyətdədir. Bəzi yerli Bakı yəhudi nümayəndələri Megaxeber.az -a bildirib ki, Tarixi və mədəni əhəmiyyət daşıyan belə bir abidənin şəxsi mülkiyyətdə olması isə onun qorunması və düzgün istifadəsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.

Eyni zamanda Lənkəran icra hakimiyyətindən qeyd olunub ki, bina Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidələr siyahısına daxil edilib və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.