Netanyahu BMT-də əlində Starlink terminalı ilə çıxış etdi - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Netanyahu BMT-də əlində Starlink terminalı ilə çıxış etdi

 

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı əlində Starlink peyk internet terminalı nümayiş etdirib.

Netanyahu cihazı İran əhalisinin internetə çıxış imkanları ilə bağlı mesaj vermək üçün göstərib. İsrail baş naziri çıxışı zamanı İran hakimiyyətini tənqid edib və internetə çıxışın insanların informasiya əldə etməsində mühüm rol oynadığını vurğulayıb.

Netanyahu həmçinin çıxışı zamanı 2024-cü ildə Hizbullaha qarşı əməliyyatlarla əlaqələndirilən peyceri nümayiş etdirib.

Starlink terminalının BMT tribunasına gətirilməsi çıxışın ən çox diqqət çəkən məqamlarından biri olub.