Netanyahu-dan İrana sərt mesaj: “Mən baş nazir olduğum müddətcə İran nüvə silahına sahib olmayacaq” - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Netanyahu-dan İrana sərt mesaj: “Mən baş nazir olduğum müddətcə İran nüvə silahına sahib olmayacaq”

İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib.

Megaxəbər.az-ın məlumatına görə, Netanyahu sosial şəbəkə hesabında açıqlama verərək deyib:

“Mən İsrailin baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq”.

Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp bu məsələdə onunla tam həmrəydir.

İsrail lideri qeyd edib ki, 30 ildən çoxdur İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin önündə dayanır və bu siyasətin davam edəcəyini vurğulayıb.