
Macarıstanın Baş naziri Viktor Orban ölkənin enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
Megaxeber.az xəbər verir ki, Orban bu barədə “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb. Onun sözlərinə görə, qərara əsasən elektrik stansiyaları, paylayıcı yarımstansiyalar və idarəetmə mərkəzləri kimi strateji obyektlərin yaxınlığında hərbçilər və hərbi texnika yerləşdiriləcək.
Baş nazir bildirib ki, əlavə polis qüvvələri də həmin obyektlərin ətrafında patrul xidməti həyata keçirəcək. O, həmçinin Ukrayna ilə sərhədə yaxın rayonlarda pilotsuz uçuş aparatlarının uçuşuna məhdudiyyət tətbiq ediləcəyini deyib.
Orban bu addımların mümkün risklərin qarşısının alınması və enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığını qeyd edib.

Ukrayna tərəfi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.