Bağlamaq üçün ESC sıxın

BDU tələbələrini şantaj edən şəxs saxlanıldı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz istifadə olunması ilə bağlı şübhəli şəxs saxlanılıb.

Məlumata görə, naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş şəkilləri saxta montaj edərək yayıb və görüntülərin silinməsi müqabilində təzyiq göstərib. Zərərçəkənlər polisə müraciət ediblər.

Hadisə ilə bağlı araşdırmalar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılıb. Təhqiramiz materialları yayan şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.