Qocalma prosesi 25 yaşdan başlayır – ŞOK AÇIQLAMA - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Qocalma prosesi 25 yaşdan başlayır – ŞOK AÇIQLAMA

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin (FTXA) məlumatına görə, insan orqanizmində qocalma prosesi artıq 25 yaşdan başlayır.

Megaxeber.az xəbər verir ki, bu barədə qurum rəhbərinin birinci müavini Tatyana Yakovleva forumda çıxış edərkən bildirib: “İstəsək də, istəməsək də, bədənimizdə qocalma prosesi 25 yaşdan etibarən başlayır”.

Yakovlevanın sözlərinə görə, qocalmanın bir sıra əlamətləri var və bu sahədə müxtəlif elmi nəzəriyyələr mövcuddur. Onun açıqlamasında maddələr mübadiləsinin yavaşlaması, sarkopeniya – yəni əzələ kütləsinin azalması və “zombi-hüceyrələr”in yaranması əsas göstəricilər kimi qeyd olunub.

Bundan əvvəl aparılmış beynəlxalq tədqiqatlar da psixoloji amillərin qocalma sürətinə təsirini göstərib. Nyu-York Universitetinin Qlobal İctimai Sağlamlıq Məktəbinin alimləri, Mariana Rodrigesin rəhbərlik etdiyi qrup “MIDUS” layihəsi çərçivəsində 726 qadın üzərində geniş araşdırma aparıb. Nəticələr göstərib ki, sağlamlıqla bağlı daha çox narahatlıq keçirən qadınlarda hüceyrələrin qocalma prosesi sürətlənir. Maraqlısı odur ki, bu, xroniki xəstəliklərin olub-olmamasından asılı olmayıb.

Araşdırma həmçinin göstərib ki, xarici görünüş və reproduktiv yaşla bağlı narahatlıqların hüceyrələrin qocalma sürətinə statistik olaraq əhəmiyyətli təsiri yoxdur.

Mütəxəssislər vurğulayırlar ki, qocalmanın erkən başlanması təkcə genetik faktorlarla deyil, həm də həyat tərzi, fiziki aktivlik və psixoloji vəziyyətlə birbaşa əlaqədardır.

Qeyd edək ki, bu açıqlamalar insanlara öz sağlamlıqlarına diqqət yetirməyin vacibliyini bir daha xatırladır, çünki qocalma prosesini yavaşlatmaq üçün erkən profilaktik tədbirlər çox önəmlidir.