
Megaxeber.az məlumat verir ki, Rumıniya sahilləri yaxınlığında Qara dənizdə kimyəvi maddə daşıyan tankerə dron hücumundan sonra yanğın baş verib. Hadisə nəticəsində yeddi dənizçi itkin düşüb.
KİV-in məlumatına görə, San-Marino bayrağı altında üzən “Wine Trader” adlı tanker Tunis istiqamətindən Rumıniyaya gedirdi. Gəmidə baş verən yanğından sonra beş nəfər xilas edilib, yeddi nəfərin axtarışı davam etdirilib.
Rumıniya Prezidenti Nikuşor Dan gəminin dronların hücumuna məruz qaldığını bildirib və hadisəyə cavab veriləcəyini qeyd edib. Bununla belə, hücumun hansı tərəfdən həyata keçirildiyi rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Qara dənizdə ticarət gəmilərinə qarşı son hücumlar regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Rumıniya və Bolqarıstan NATO üzvüdür.