
Megaxeber.az xəbər verir ki, Qarabağ ərazisində daha 16 nəfərə aid insan qalıqları aşkarlanıb.
Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın panel müzakirəsində məlumat verib.
Akif Quliyev bildirib ki, mütəxəssislər üç gün əvvəl Qarabağdan qayıdıblar və ərazidə apardıqları araşdırmalar zamanı daha 16 nəfərə aid insan qalıqları aşkar ediblər.
Onun sözlərinə görə, təbiət hadisələri və vəhşi heyvanlar insan qalıqlarının yerini dəyişə bilir. Buna görə də qalıqların tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi çətinləşir.
“Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq”, – deyə Akif Quliyev qeyd edib.