Taksi sürücüsü transgender sərnişinlə bağlı hadisədən danışdı – “Polis heç nə etmədi” - Megaxeber.az

Bağlamaq üçün ESC sıxın

Taksi sürücüsü transgender sərnişinlə bağlı hadisədən danışdı – “Polis heç nə etmədi”

Sosial şəbəkələrdə taksi sürücüsü xanımın transgender sərnişinlə yaşadığı hadisə ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Sürücünün sözlərinə görə, sərnişin avtomobildən düşərkən telefonunu maşında unudub. Hadisədən xəbəri olmayan sürücü başqa müştəriyə gedərkən telefonla bağlı zəng alıb.
Taksi sürücüsü bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib, lakin onun sözlərinə görə, polis tərəfindən lazımi baxış keçirilməyib.
Sürücü yaşadıqlarını belə izah edib:
“Salamlayıram hər kəsi. Demək, ayın 9-da bir hadisə yaşadım. Transgender bir sərnişin mənim maşınıma müştəri kimi oturdu. Ünvana çatdırdım. Telefonunu mənim maşınımda qoydu, düşdü getdi. Mənim də bundan xəbərim olmadı.
Başqa bir müştəriyə gedirdim, yolda mənə zəng gəldi ki, telefonum sizin maşında qalıb. Mən də dedim ki, hazırda sükan arxasındayam, müştəriyə gedirəm, düşəndə baxaram.
Sonra danışıq bir az kobudlaşmağa başladı. Mən telefonu söndürdüm. Daha sonra məsələ ilə bağlı polisə müraciət etdim, amma baxılmadığını düşündüm.”