
Megaxeber.az məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı sonuncu Amerika qüvvələrinin İraqdan çıxmasını elan edib.
Tramp bu hadisəni “Amerika üçün böyük gün” adlandıraraq İraqın Baş naziri Əli əl-Zaidini “fantastik insan” kimi xarakterizə edib.
ABŞ Prezidenti İŞİD-lə mübarizəyə toxunaraq, təşkilatın qurduğu xilafətin artıq mövcud olmadığını bildirib. O, qoşunların İraqdan çıxmasını uzun illər davam edən hərbi missiyanın başa çatması kimi təqdim edib.