
Ermənistan və ABŞ müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib. Tərəflər arasında birgə hərbi təlimlərin keçirilməsi məsələsi də gündəmə gətirilib.
“Armenia Today”in məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis ilə görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə əməkdaşlığının müxtəlif istiqamətləri, o cümlədən sülhməramlı fəaliyyət, hərbi təhsil, serjantların, təlimatçıların və kiçik komandirlərin hazırlığı müzakirə olunub.

Tərəflərin müzakirə etdiyi əsas məsələlərdən biri isə ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi olub.
ABŞ rəsmisi Endryu Lumis bildirib ki, Vaşinqton Ermənistanla mövcud proqramları davam etdirmək niyyətindədir və müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi imkanlarını müzakirə etməyə hazırdır.
Bu müzakirə ABŞ-Ermənistan arasında hərbi və müdafiə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi diqqət çəkir.