
Megaxeber.az xəbər verir ki,oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə diqqətçəkən hadisə baş verib.
İsrail Prezidenti İsxaq Hersoq çıxışına başlayarkən Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyə nümayəndə heyətinin üzvləri tədbir zalını tərk ediblər.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə ilə yanaşı, 10-dan çox ölkənin nümayəndələri də İsrail prezidentinin çıxışı zamanı zalı tərk ediblər.
Qeyd edək ki, İsrail Prezidenti İsxaq Hersoq oktyabrın 14-də Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan-İsrail münasibətləri, strateji əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Bakıda keçirilən zirvə görüşü Asiya ölkələri arasında təhlükəsizlik, etimad və əməkdaşlığın gücləndirilməsinə həsr olunub.