Bağlamaq üçün ESC sıxın

Prezident İlham Əliyev və Antonio Costa Bakıda görüşdü

2026-cı il martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa Bakıda görüş keçirib və birgə mətbuat bəyanatı ilə çıxış ediblər.

Megaxeber.az xəbər verir ki, görüşdə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının inkişafı, enerji və nəqliyyat sahələrində tərəfdaşlıq, Cənubi Qafqazda sülh prosesi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmçinin regional və qlobal məsələlər müzakirə olunub. Tərəflər əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bildiriblər.