Bağlamaq üçün ESC sıxın

Müctəba Xamenei: Ordumuz İran ərazisini və bayrağını qoruyur

Müctəba Xamenei: Ordumuz İran ərazisini və bayrağını qoruyur

İran ordusu ölkənin ərazisini və dövlət rəmzlərini qorumaqda qətiyyətlidir.

Megaxeber.az xəbər verir ki, bu barədə İran mediası Müctəba Xameneinin Milli Ordu Günü münasibətilə yaydığı bəyanata istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, İslam ordusu əvvəlki müharibələrdə olduğu kimi, hazırda da ölkənin torpağını, suyunu və bayrağını cəsarətlə müdafiə edir və xalqın dəstəyinə arxalanır.

Həmçinin vurğulanıb ki, İran Hərbi Dəniz Qüvvələri potensial rəqiblərə qarşı yeni uğurlar əldə etməyə hazır vəziyyətdədir.