Bağlamaq üçün ESC sıxın

İran Hörmüz boğazından keçən gəmilər üçün şərt irəli sürdü

“Hörmüz boğazından istifadə etmək istəyən gəmi ekipajları keçidi İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırmalıdır”.

Megaxeber.az xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə yaranan gərgin vəziyyət gəmiçiliyin hərəkətinə təsir göstərə bilər. Buna baxmayaraq, İran rəhbərliyi Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını vacib hesab edir.

İ.Bəqai qeyd edib ki, gəmilərin keçidinin İran Hərbi Dəniz Qüvvələri ilə əvvəlcədən razılaşdırılması gəmiçiliyin təhlükəsizliyinin qorunmasına xidmət edir.