
İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı zamanı onun nitqinə etiraz olaraq zalı tərk edən nümayəndələrə sərt şəkildə müraciət edib.
Netanyahu zalı tərk edən nümayəndələri “mənəvi qorxaqlar” adlandıraraq, çıxışına etiraz edənlərin zalı tərk etməsini istəyib.
“Əgər bu zalı hələ tərk etməyən başqa mənəvi qorxaqlar varsa, zəhmət olmasa, onlar da getsin”, – Netanyahu bildirib.
Onun bu sözləri çıxışı zamanı zalda bir sıra nümayəndə heyətlərinin etiraz olaraq məkanı tərk etməsindən sonra səsləndirib.