
Megaxeber.az-ın məlumatına görə, Macarıstanın gələcək baş naziri Peter Madyar ölkənin avrozonaya qoşulması ilə bağlı açıqlama verib.
O bildirib ki, avroya keçid Macarıstanın iqtisadi maraqlarına uyğun ola bilər, lakin bunun üçün hələ konkret tarix müəyyən edilməyib. Madyarın sözlərinə görə, hökumət əvvəlcə ölkə iqtisadiyyatının vəziyyətini təhlil edəcək və yalnız bundan sonra avroya keçid üçün mümkün zaman çərçivəsi açıqlanacaq.
Qeyd edək ki, Avropa İttifaqında bir sıra ölkələrdə avrozonaya qoşulma məsələsi gündəmdə qalmaqda davam edir.